05 July, 2024
Tabaterra MMC Şuşada " Qarabağı Birlikdə Quraq " Tədbirində İştirak Etdi
2024-cü il iyunun 28-də Şuşa şəhərində, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qarabağı Birlikdə Quraq" adlı tədbir keçirildi. Biznes və dövlət təşkilatlarının digər nümayəndələri ilə yanaşı, Tabaterra MMC-nin icraçı direktoru Elman Cavanşir də bu tədbirdə iştirak etdi.
Elman Cavanşir çıxışında, azad edilmiş ərazilərdə həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs edərək, sahibkarların bu ərazilərin bərpası və iqtisadi inkişafında mühüm rol oynadığını vurğuladı. Elman Cavanşir, Tabaterra MMC-nin Qarabağın dirçəldilməsinə verdiyi töhfə ilə qürur duyduğunu və bu sahədəki səylərini davam etdirmək niyyətində olduqlarını bildirdi.
Həmçinin, tədbir çərçivəsində ölkəmizin iqtisadi inkişafına verdiyi töhfələrə görə sahibkarlara "Tərəqqi" medalları təqdim olundu.
Tabaterra Group ASK tərəfindən nəşr olunan “Biznes Həyatı” jurnalında yer alıb
Tabaterra Group-un Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən nəşr olunan “Biznes Həyatı” jurnalının son buraxılışında geniş məqalə ilə təq...
18 May, 2026İslam İnkişaf Bankının nümayəndə heyəti Tabaterra-nın istehsal müəssisəsini ziyarət edib
İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Dr. Məhəmməd Əl-Cassirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Qarabağ bölgəsinə səfər edib. Səfər proqramına Ağdam Sənaye P...
05 March, 2026Tabaterra MMC qeyri-neft sektorunda vergi rekordu sahibi kimi yenidən təltif olunub
Tabaterra MMC qeyri-neft sektorunda vergi rekordu sahibi kimi növbəti dəfə müvafiq sertifikatla təltif olunub. Təltifetmə mərasimi Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə...
02 February, 2026Tabaterra MMC 2025-ci ildə ən böyük özəl qeyri-neft ixracatçıları sırasında yer alıb
Məmnuniyyətlə bildiririk ki, Tabaterra MMC Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış nüfuzlu “İxrac İcmalı” nəşrində növbəti dəfə yer alı...
14 November, 2025Tabaterra WT Middle East 2025 Sərgisində İştirak Edib
Bu il Tabaterra yenidən sənayenin əsas beynəlxalq tədbirlərindən biri olan WT Middle East 2025 sərgisində iştirak edib. Sərgi 11–12 noyabr 2025-ci il tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilib və...
08 November, 20258 Noyabr – Zəfər Günü
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda igidlik göstərmiş əməkdaşlarımızla bir araya gəldik. Onların Vətənə sədaqəti və fədak...